<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Bizimçün yer üzünə gəldi İsa Məsih, İsa Məsih,
 Sevinc, xoşbəxtlik bəxş eylədi İsa Məsih, İsa Məsih.
 Axurda yatan körpə bizlərə həyat verdi,
 Sülh, razılıq gətirdi.

[C1]
   Bu nəğməmiz mələklərin nəğməsiylə birləşsin,
   Göylər, yerlər, bütün bəşər birgə həmdlər söyləsin.

[V2]
 O, məhəbbət, mərhəmətdir- İsa Məsih, İsa Məsih,
 O, ümid və həqiqətdir- İsa Məsih, İsa Məsih.
 İman edən hər kəsi bağışlayıb əfv edən,
 Xilas verən, sevən Rəbdir.</lyrics>
<title>Bizimçün yer üzünə gəldi İsa Məsih İL124</title>
<hymn_number>124</hymn_number>
</song>